Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Tural Abbaslı: “Ziyafət Əsgərov hansı qanuna istinad edərək bir nazirə və ya kiməsə göstəriş verə bilir?”

Paylaş:
Tural Abbaslı: “Ziyafət Əsgərov hansı qanuna istinad edərək bir nazirə və ya kiməsə göstəriş verə bilir?”
Bizi Google News-da izləyin

Milli Məclisin komitələrinin birgə iclasında deputat Naqif Həmzəyevin səsləndirdiyi “bizim sadəcə adımız var, heç bir səlahiyyətimiz yoxdur” fikirləri müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, deputatlar son dönəmlər seçicilərlə görüşlər keçirirlər.

T.Abbaslı bildirib ki, deputatlar seçicilərin şikayətlərini, onların problemlərini dinləməyə, o istiqamətdə addım atmağa məcbur olurlar: “Yəni nazirlər, digər vəzifəli şəxslər, məmurlar sadə vətəndaşların qarşısına çıxmırlar, ancaq deputatlar ayda iki dəfə görüş keçirirlər. Ona görə deputatlar məcbur olur ki, həmin məsələləri qaldırsınlar. Ən azından plenar, komitələrin iclasında məsələni səsləndirsinlər, mediada bu məsələ yayılsın ki, növbəti dəfə həmin millət vəkili seçicilərin qarşısına çıxanda desin ki, baxın mən əlimdən gələni etdim, səsləndirdim, dedim, amma aidiyyatı qurumlara təsir etmək, göstəriş vermək hüququm yoxdur. Hüquqi baxımdan da əslində Naqif Həmzəyevin dediyində bir həqiqət var. Deputatın işi problemləri həll etmək deyil deyə onların icra strukturlarına təsir mexanzimləri yoxdur”.

T.Abbaslı qeyd edib ki, deputatların yeganə təsir mexanizmi qanunvericilikdir, qanunların qəbuludur: “Deputatlar qanunlar qəbul edərək rifah vəziyyətini, seçicilərin problemlərini həll edə bilərlər, amma gündəlik məişət problemləri, kommunal və digər problemlər icra hakimiyyətinin üzərinə düşür. Bunu dedikdə rayon icra hakimiyyətini nəzərdə tutmuram. Hakimiyyətin üç qanunverici, icraedici və məhkəmə orqanı qolu var. Qanunverici orqan parlamenti təmsil edir, icraedici orqanı Prezident Adminstrasiyası, məhkəməni isə məhkəmə hakimləri təmsil edir. Yəni o baxımdan Naqif Həmzəyev seçicilərinə müraciət edir ki, gücümüz yoxdur. Düzdür, ona cavab olaraq Ziyafət Əsgərov deyib ki, siz səlahiyyətlərinizdən istifadə edə bilmirsinizsə, bu, sizin probleminizdir. Mənə maraqlıdır ki, Ziyafət Əsgərov hansı qanuna istinad edərək bir nazirə və ya kiməsə göstəriş verə bilir? Elə bir mexanizm varmı? Məsələn, onun seçildiyi dairədə yol problemi var. Hansı mexanizmlə o yol problemini həll edir. Şəxsi müdaxiləni, qeyri-rəsmi söhbəti çıxıram. Bu məsələlər icraedici hakimiyyətin üzərinə düşən işdir və Azərbaycanda parlamentar rejim olmadığı, prezident üsul idarəsi olduğu üçün Nazirlər Kabineti parlament qarşısında hesabatlı deyil. Nazirlər də özlərini deputatlar qarşısında cavabdeh hesab etmirlər. Burada da mexanizm boşluğunun olduğu görünür. Deputatın işi problemi aidiyyatı quruma çatdırmaq, digər məsələləri isə aidiyyatı qurumlar etməlidir. Ola bilər ki, deputat hesabat hazırlayar, ictimailəşdirər, hansısa nazirə, nazirliyə qarşı fəaliyyətsizliyi ilə bağlı ictimai təzyiq təşkil edər. Bu, başqa məsələdir və ola bilər. Amma Konstitusiyaya görə Naqif Həmzəyev haqlıdır”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər