Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Murad Hacıyev 2026-ci il fevralın 2-də idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində Röyal Məmmədovun sürdüyü “VAZ-2107” avtomobilini saxlamasını tələb edib. Saat 23 radələrində M.Müşfiq küçəsində Röyal Məmmədovun avtomobilinin qarşısını kəsib.