“Yapı Kredi Bank Azərbaycan” 2026-cı ilin ilk 9 ayında aktivlərini və kredit portfelini genişləndirsə də, bankın maliyyələşmə xərclərində ciddi artım qeydə alınıb.
Plat.az xəbər verir ki, bankın maliyyə hesabatlarına əsasən, sentyabrın 30-na aktivləri ötən ilin sonu ilə müqayisədə 27,3% artaraq 1 milyard 8,9 milyon manata çatıb.
Bu dövrdə bankın kredit portfeli 20,5% artaraq 563,2 milyon manata, qiymətli kağızlara investisiyaları isə 2,1 dəfə artaraq 116,1 milyon manata yüksəlib.
Bankın depozit portfeli 19,5% artaraq 630,7 milyon manat təşkil edib. Bununla yanaşı, digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri 78,8% artaraq 219 milyon manata çatıb.
Beləliklə, bankın maliyyələşmə strukturunda digər maliyyə institutlarından cəlb olunan vəsaitlərin payı yüksəlib.