Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Yaşar Gülər: Azərbaycanla hərbi əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Paylaş:
Yaşar Gülər: Azərbaycanla hərbi əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir
Bizi Google News-da izləyin

Azərbaycan ilə hərbi əməkdaşlıq qarşılıqlı etimad prinsipi əsasında güclənir. İnanırıq ki, davamlı sülh Cənubi Qafqazda nəqliyyat və ticarət əlaqələrinə, ümumilikdə iqtisadi əməkdaşlığa da təkan verəcək.

Pravda.az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkə parlamentində keçirilən büdcə müzakirələri zamanı səsləndirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə və təhlükəsizlik siyasəti ölkənin sərhədlərindən daha geniş bir coğrafi bölgəni əhatə edir.

Nazir, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındaki gərgiinliyin regional və qlobal təhlükəsizliyə birbaşa təsir etdiyini qeyd edib.

Y.Gülər Türkiyənin təkcə sülh üçün vasitəçilikdə deyil, həm də böhranların yaratdığı təhdidlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə Birgə Müdafiə Sazişinin vacibliyini vurğulayan Y.Gülər, bu sənədi regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım adlandırıb.

Paylaş:

Ən son xəbərlər