“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir”.
Bunu DOST TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.