Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.
Pravda.az universitetin açıqlamasını təqdim edir:
"Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.
Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.