Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət etdi

Paylaş:
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət etdi
Bizi Google News-da izləyin

Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Hazırda paytaxt ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Bakı Şəhər DYP İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir.

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər".

"Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər",- müraciətdə qeyd edilib.

Paylaş:

Ən son xəbərlər