5 noyabrda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin ləğv edilməsi barədə qərar imzalanıb.
Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən bu ilin 28 sentyabrında azad olunmuşdu. O, həmin vəzifəni 2014-cü ildən icra edirdi.
12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi. Yeni təyinatdan cəmi 23 gün sonra nümayəndəlik ləğv olundu.