“Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi aqropark rezidentləri tərəfindən ölkəmizə cəlb edilən təcrübəli aqronomları, bağçılıq üzrə mütəxəssisləri və baytar həkimləri də iş icazəsi tələb olunmayan və müvəqqəti yaşama icazəsinin verilməsinə əsas yaradan kateqoriyalara daxil etməyi nəzərdə tutur. Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən beş illik qüvvədə olması təklif edilir. İrəli sürülən layihə ərzaq məhsulları üzrə idxaldan asılılıqla bərabər, həm də peşəkar kənd təsərürfatı mütəxəssisləri ilə bağlı vəziyyəti aydın göstərir. Əgər aqronom, bağçılıq mütəxəssisi və baytar həkimə ehtiyacımız varsa, ötən on illər ərzində müvafiq ali təhsil müəssisələrinin hazırladığı kadr ehtiyatlarının sayı və keyfiyyətinə diqqət yönəldilməlidir”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin noyabrın 3-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, kənd təsərrüfatı nazirinin 2026-cı ildə açıqlamasına görə, aqrar ixtisas məzunlarının öz sahəsində məşğulluq göstəricisi üç ildə 32 faizdən 65 faizə yüksəlib:
“Onda kəndlərdə və aqroparklarda işəgötürənlərin ehtiyacları nə üçün ödənmir? İqtisadi sistemlə ali təhsil müəssisələri əlaqələnmədiyi üçün universitetin yetirməsi aqrar təsərrüfatlarda sərbəst işləməyə bilmir”.
Komitə sədri bu sahədəki statistik göstəriciləri də açıqlayıb:
“2023-cü ildə 3 min 228 istixana fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 3 min 37-yə, 2025-ci ildə isə 2 min 995-ə düşüb. İstixana pomidorunun istehsalı da 2023-cü ildəki 268,9 min tondan 2025-ci ildə 156,8 min tona enib. Lakin azalmanı aqronom çatışmazlığı ilə izah etmək olmaz. Təbii qazın qiyməti, istehsalın maya dəyəri və xarici bazarda aşağı satış qiymətləri yerli şirkətlərin rəqabət qabiliyətinə təsir edir. Xaricdən aqronom gətirməklə ziyanla işləyən istixananın bütün problemləri həll olunmayacaq”.
O əlavə edib ki, uzun on illər boyu istər aqronom, istərsə də baytarlıq sahəsində böyük ənənələri olan bir ölkədə xaricdən asılılıq emal müəssisələrinin də bölgələrdə sayının azalmasına, nəticədə konsentrant məhsulların süfrədə artmasına səbəb olur: