Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

