“ABŞ müharibənin dayandırılması müqabilində Ukraynanın Donbasdan çıxmasını istəyir”.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Vaşinqton danışıqlar zamanı Donbas məsələsini mütəmadi olaraq gündəmə gətirir və Ukraynanın öz ərazisindən geri çəkilməli olduğunu düşünür.