Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Sumqayıtda 30 manat bir görə qonşusunu öldürmək istəyən şəxsə AĞIR CƏZA

Paylaş:
Sumqayıtda 30 manat bir görə qonşusunu öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bizi Google News-da izləyin

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümükün olub. İttihama görə, hadisədən əvvəl Seymur Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər