Abşeron rayonu, Novxanı qəsəbəsində magistiral yolda qoyun otaran şəxs saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Elvin Cəfərov (ad-soyad-şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, polislər Elvinin Novxanı qəsəbəsində avtomobil yolunun üzərində qoyun otardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək irad bildiriblər. Həmin şəxs isə polislərə özü haqqında heç bir məlumat verməyəcəyini deyib və aqressiv hərəkətlər edib.