Bakıda binanın həyətində yanğınsöndürmə üçün nəzərdə tutulmuş su anbarının üst paneli çöküb.
Paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsinin sakinləri deyirlər ki, təqribən 4 metr dərinliyi olan su anbarının üstünün açıq qalması olduqca təhlükəlidir.
Küçədə yerləşən 18 saylı binanın digər problemi isə zirzəmisinin su ilə dolmasıdır. Sakinlər deyirlər ki, zirzəmidə istilik xəttinə aid olan borulardan biri partlayıb.
Binanın həyətində yanğınsöndürmə üçün nəzərdə tutulmuş su anbarının üst panelinin çökməsi ilə bağlı əvvəlcə Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Bildirildi ki, məsələ onların səlahiyyətində deyil.