Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib.
Pravda.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “T-Group” MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib.
İttihamda deyilir ki, şikət rəhbəri vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı, Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşəsi inşa etdirəcəyi barədə yalan vədlər verib.
Məsələn, o, Qubanın Qəçrəş kəndində ev tikdirmək üçün bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti üçün 96 min, Qəbələdə ev tikintisi üçün 82 min manat pul alıb. Məhərrəmov pulları ofisdə əlbəəl, bir hissəsini isə kart hesabına köçürmə yolu ilə əldə edib, amma verdiyi vədə əməl etməyərək aradan çıxıb.