Heyvandarlıq və quşçuluq müəssisələrinin ümumi su sərfiyyatına nəzarət üçün su kəmərinin girişində sayğac quraşdırılmalıdır.
Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərarda su şəbəkəsinin ayrı-ayrı hissələrində bağlayıcı ventillərin quraşdırılması tələb edilir. Ventillər su xəttinin binaya daxil olduğu nöqtədə, magistraldan ayrılan qollarda, qrup suvatlarında və texnoloji avadanlığa gedən xətlərdə qoyulmalıdır. Boruların boşaldılması üçün ayrıca qurğular olmalıdır.