Ev şəraitində çörək, pizza və müxtəlif un məmulatları hazırlamaq üçün istifadə olunan xəmir yoğurma aparatlarının seçimi zamanı bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Pravda.az xəmir yoğurma aparatı alarkən nəzərə alınmalı əsas xüsusiyyətləri təqdim edir:
İlk növbədə, aparatın tutumu və gücü istifadəçinin ehtiyaclarına uyğun olmalıdır. Az miqdarda xəmir hazırlayanlar üçün kiçik modellər kifayət etdiyi halda, tez-tez və çox miqdarda xəmir yoğuranlar daha böyük tutumlu cihazlara üstünlük verə bilərlər. Qatı xəmir hazırlamaq üçün ən azı 500 vatt gücündə modellər tövsiyə olunur.
Aparatın qarışdırma qabının materialı da mühüm əhəmiyyət daşıyır. Paslanmayan poladdan hazırlanan qablar davamlılığı və gigiyenik xüsusiyyətləri ilə seçilir. Həmçinin qabın forması və dərinliyi xəmirin bərabər qarışdırılmasına təsir göstərir.