Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və ona rəhbər təyin edilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ayaz Museyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Museyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2020-2024-cü illərdə doktorantura təhsili alıb və 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.