Yaş saçla yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu barədə trixoloq Rafael de Kristo "Terra" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, yuxu zamanı isti və rütubətli mühitin zəif havalandırma ilə birləşməsi mikroorqanizmlərin çoxalmasına və buna meyilli insanlarda baş dərisi problemlərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, yaş saçlar tökülməyə və qırılmağa daha meyilli olur.
O, yatmazdan əvvəl saçlarını yumağa üstünlük verənlərə bir neçə tövsiyə də verib. Həkim saçlardakı artıq suyun yumşaq dəsmalla, sürtmədən, yüngül hərəkətlərlə alınmasını məsləhət görüb. Daha sonra saçları fenlə müəyyən qədər qurutmağı tövsiyə edib. Bunun üçün fen başdan təhlükəsiz məsafədə saxlanılmalı və orta temperatur rejimində istifadə edilməlidir.
Bundan başqa, həkim yaş saçları topuz şəklində yığmamağı və yastıq üzlərini mütəmadi olaraq yumağı tövsiyə edib.
Ölkə.az