2025-2026-cı illər ərzində Bakı metrosunda ümumilikdə 36 vaqon istismardan kənarlaşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
AZAL ötən il 1 milyard manatdan çox gəlir əldə edib
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
“Azərenerji” 3.4 milyonluq işi 50 manatlıq şirkətə verdi
2025-2026-cı illər ərzində Bakı metrosunda ümumilikdə 36 vaqon istismardan kənarlaşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda həmin vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları aparılır:
"Proses qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu, başa çatdıqdan sonra vaqonların utilizasiyası aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək".
Məlumata əsasən, Bakı Metropolitenində vaqon parkının yenilənməsi istehsalçı müəssisənin müəyyən etdiyi istismar müddəti, texniki göstəricilər və normativ tələblər nəzərə alınmaqla reallaşır. Bəlli istismar müddətini başa vurmuş vaqonlar müvafiq qaydada xətlərdən çıxarılır.