Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Sexdə işləyən arvadını başqasına qısqandığı üçün döydü - MƏHKƏMƏ

Paylaş:
Sexdə işləyən arvadını başqasına qısqandığı üçün döydü - MƏHKƏMƏ
Bizi Google News-da izləyin

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Murad Bayramovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 240 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən yataqxanadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, üç uşaq atası Murad Bayramov qısqanclıq zəminində həyat yoldaşı Zəminə Bayramovanın (şərti) baş və sağ qulaq nahiyəsinə qəsdən vurub və saçından tutaraq yolub.

Hadisəyə səbəb isə kişi qadına işlədiyi sexdən çıxmasını tələb etməsi olub.

Belə ki, Murad həyat yoldaşını orada çalışan digər kişiyə qısqanıb. O, Zəminədən işdən ayrılmasını tələb edəndə, qadın həmin şəxsin daha sexdə çalışmadığını bildirib. Lakin Murad həmin şəxsin orada işlədiyini öyrənib.

Murad Bayramov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində söyləyib ki, hadisə günü evə sərxoş gəlib. Həmin məsələ ilə əlaqədar qısqanclıq zəmnində evdə aralarında mübahisə baş verib. O, həyat yoldaşından nəyə görə ona yalan danışmasını, onu aldatmasını soruşduqda, Zəminə Muradla kobud danışaraq ərinin üstünə acıqlanıb. Buna görə də o, əsəbləşib əvvəlcə arvadının saçından tutub və sonra əlli ilə onun sağ qulaq və boynunun arxasına iki dəfə zərbə endirib.Bundan sonra Zəminə onun əlindən çıxaraq dəhlizə qaçıb və bu barədə polisə məlumat verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər