Almaniyanın Bremerhaven limanında “Mein Schiff 3” adlı kruiz gəmisi iki konteyner gəmisi ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, ciddi zədələnən kruiz gəmisinin Kanar adalarına planlaşdırılan səfəri ləğv edilib.
Limandan çıxan gəminin güclü külək nəticəsində yanalma körpüsündə dayanan iki konteyner gəmisinə doğru sürükləndiyi bildirilir. Hadisə zamanı gəmidə 2428 sərnişin və 922 ekipaj üzvü olub.