"Təklə Rafiq" kimi tanındığı deyilən cəlilabadlı Rafiq Rüstəmovun Cəlilabad Şəhər Bələdiyyəsinə sədr seçilməsi müzakirələrə səbəb olub. Onun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən bu vəzifəyə gətirildiyi bildirilir.
Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bələdiyyə seçkili orqandır və bələdiyyə üzvü olmadan heç kim sədr seçilə bilməz.
"Bələdiyyənin doqquz nəfər üzvündən biri Rafiq müəllimdir. (red.- Rafiq Rüstəmov) Bələdiyyə üzvlərinin iştirakı ilə Rafiq müəllimi özlərinə sədr seçiblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin bu məsələyə heç bir aidiyyatı yoxdur. Yazılanlar şayiədir. Hər kəs yazır, paylaşır. Rafiq müəllimlə bağlı kriminal hallar yoxdur. Rafiq müəllim özü işində məsuliyyətli insandır. Neçə illərdir, bələdiyyənin üzvüdür. Bələdiyyə sədri seçilib, öz aralarında qəbul olunub", - açıqlamada bildirilib.
Aytəkin Qardaşova