Azərbaycan bu cür müzakirələr üçün platformalar yaratmağa çalışır. İlk növbədə, media qurumlarımız bir-birini daha yaxından tanımalıdırlar.
Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
O bildirib ki, ölkələrimizin mənsub olduğu daha geniş Qlobal Cənub çərçivəsində səyləri birləşdirmək və ümumi məqsədlər uğrunda birgə fəaliyyət göstərmək mümkündür. H.Hacıyev vurğulayıb ki, dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir, çünki bu hallar ölkələrimizə ciddi zərər vurur.