Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb.
Aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib.
O bildirib ki, uzun illər banka ödəniş etmək, eyni zamanda kirayə haqqı ödəyib ailə saxlamaq gənclər üçün ciddi çətinlik yaradır:
“Ayda 1500 manat banka pul ödəyirsən. 300-500 manatı əsas borcdan gedir, qalanı faizə. İnsan ayda 500-600 manat kirayə pulu verməli, dolanmalı, ailə saxlamalıdır. 25 il, ömrünün bir yerinə qədər banka pul ödəməlidir. Nə qədər doğrudur? Gəncləri razı salmalıdırlar.