Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Tacir Şahmalıoğlu xəstəliyindən danışdı

68
Paylaş:
Tacir Şahmalıoğlu xəstəliyindən danışdı

Səhhətində ciddi problemlər yaranan, iki ağır əməliyyat keçirən müğənni Tacir Şahmalıoğlu uzun müddətdən sonra yenidən efirə çıxıb.

Müğənni qonaq olduğu proqramda yaddaşını itirdiyini, ayaqlarında qaralmalar yarandığını xatırladıb:

“Oğlumun toyu ərəfəsində çox çəki almışdım, şəkər məni pis vəziyyətə salmışdı. Çox adam elə bilir ki, mən arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı etdirmişəm, xeyr. Dostum dedi ki, İstanbulda belə bir həkim var, səni şəkərdən qurtara bilər. Baxdım ki, yaddaş, görmə qabiliyyətim itir, ayaqlarım qaralır. Qərara aldım İstanbula gedim və rahat yaşayım. Həkim də dedi ki, bu əməliyyatın arasında mədəkiçiltmə əməliyyatı mütləqdir. Bəzi şeylər yemək olmazdı. Amma mən Bakıya qayıdandan sonra həkimin qadağan etdiyi yeməkləri yedim. Belə bir vaxtda öd partladı, daha da pisləşdim”.

Tacir Şahmalıoğlu çətin günlərində onu tək qoymayanlara təşəkkür edib:

“Belə götürəndə ummuram, amma insanın pis günündə yanında olmaq lazımdır. Yaxşı gün onsuz da yaxşıdır. Gələnlər sağ olsun”.

Qaynarinfo

Paylaş:

Ən son xəbərlər