Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.
Pravda.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi - 3 min manat
"Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür"
Hikmət Hacıyev: Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir
"Təklə Rafiq"in Cəlilabad Şəhər Bələdiyyəsinin sədri seçilməsi ilə bağlı RİH-dən açıqlama: "Məsuliyyətli insandır..."
Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.
Pravda.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə gedən 1958-ci il təvəllüdlü Ələddin İbiş oğlu İbrahimovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.İbrahimov əslən Laçın rayonunun Quşçu kəndindəndir. O, şairə Fəridə Köçərilinin həyat yoldaşıdır.