Azərbaycan və Ermənistan sərhədyanı çayların birgə istifadəsi məsələsində əməkdaşlıq edəcək, bu istiqamətdə işçi qrupları formalaşdırılır.
“Aysor” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh gündəliyi çərçivəsində iki ölkənin ərazisindən keçən və ya hər iki ölkənin ərazisindən axan sərhədyanı çayların idarə olunması üzrə birgə fəaliyyət zəruridir. Bu əməkdaşlıq ümumi ekoloji standartlara riayət edilməsini tələb edir.