Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təsirləndirilən Turan Məmmədovun (soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv edilib, o, cinayət məsuliyyətindən azad olunub və iş icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Turan Məmmədov saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsindən dərhal həbsdən azad olunub.