Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

İran parçalanarsa, Güney Azərbaycan Cümhuriyyəti yaradıla bilərmi? – Deputat cavab verdi: “Heç bir ölkənin daxili işlərinə qarışmırıq”

Paylaş:
İran parçalanarsa, Güney Azərbaycan Cümhuriyyəti yaradıla bilərmi? – Deputat cavab verdi: “Heç bir ölkənin daxili işlərinə qarışmırıq”
Bizi Google News-da izləyin

Son günlər sosial şəbəkələrdə Güney Azərbaycanın gələcək siyasi statusu ilə bağlı müzakirələr aparılır. İctimai müzakirələrdə Güney Azərbaycan Cümhuriyyətinin yaradılması, eləcə də bölgənin Azərbaycan Respublikası ilə birləşdirilməsi kimi müxtəlif siyasi yanaşmalar gündəmə gətirilir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycan hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət edir. 

O qeyd edib ki, bundan sonra da eyni yanaşma davam edəcək: “Heç bir ölkənin daxili işlərinə qarışmırıq. Hesab edirik ki, hər bir ölkənin daxilindəki məsələlər həmin ölkənin hakimiyyətinə, vətəndaşlarına aid olan məsələlərdir”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər