“Ürəyimdən nə keçir reallaşdırıram. Kim nə deyər, nə düşünər fikirləşmirəm. Bununla çoxdan qurtarmışam. Onsuz insanlar nə etsən, danışacaqlar. Heç kəsə zərər vermədən, incitmədən ürəyim istəyəni edirəm. Heç kimə daş atmıram, qəlbinə dəymirəm. Ürəkdən gələn hər şey gözəldir".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “İncə səhər” proqramında deyib. İfaçı deyib ki, kənar şəxslərin qınaqları onu maraqlandırmır.