Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəmil Fərəczadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 01 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində “Şah saray” şadlıq evinin qarşısında qeydə alınıb. Belə ki, Cəmil Fərəczadə idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə hərəkətdə olan zaman arxadan “Chevrolet Aveo” markalı maşınla gələn zərərçəkmiş Rahib Həsənovun (şərti) siqnal verdiyini eşidib. Bu zaman o, öz maşınını zərərçəkmişin avtomobilinin qarşısına sürüb saxlayaraq düşüb. Sonra Cəmil qeyd edilən avtomobilin sürücünün əyləşdiyi qapısının pəncərəsinə yaxınlaşıb Rahibin bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirərək ona xəsarət yetirib. Hadisədən sonra Cəmil Fərəczadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov