Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə tanışını döyərək ona qarşı cinayət törədən şəxslərlə bağlı qərarı açıqladı

70
Paylaş:
Məhkəmə tanışını döyərək ona qarşı cinayət törədən şəxslərlə bağlı qərarı açıqladı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda və soyğunçuluqda təqsirləndirilən Davud Nəbiyev və Maqsud Əsədovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxslər məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildiriblər.
 
Qərara əsasən, apellyasiya şikayətindən imtina qəbul olunub və apellyasiya şikayətinə baxılmasına xitam verilib.

İttiham aktına görə, hadisə 2025-ci ildə saat 23 radələrində Şirvan şəhərinin Şirin Şükürov küçəsində baş verib. Davud Nəbiyev tanışı Maqsud Əsədovla birlikdə zərərçəkmiş Fərəc Vəliyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb kimi zərərçəkmiş şəxsin digər Davudla kobud danışması göstərilib.

Davud heç bir əsaslı səbəb olmadan yaranmış mübahisəni davam etdirib, ətrafda başqa şəxslərin olmasına əhəmiyyət vermədən Fərəcin ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra hər iki şəxs zərərçəkmişi yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub.

Hadisə nəticəsində zərərçəkmiş şəxsin üst çənəsində soldan üçüncü dişi sınıb, dördüncü dişi isə laxlayıb. 

İttiham tərəfi hesab edir ki, Davudla Maqsud birlikdə hərəkət edərək ictimai qaydanı qərəzli şəkildə pozub, ətrafdakı insanlara açıq-aşkar hörmətsizlik nümayiş etdirib və cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına məhəl qoymayıb. Bu səbəbdən onun hərəkətləri qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

Bundan başqa, Davud Fərəci döydükdən sonra onun pulqabısının yerə düşdüyünü görüb. O, ümumi niyyətdən kənara çıxaraq özgəsinin əmlakını ələ keçirmək məqsədilə pulqabısından zərərçəkmiş şəxsin nənəsinə məxsus 50 manat pulu götürüb.

Bildirilir ki, təqsirləndirilən şəxs həmin pulu Fərəcin gözü qarşısında açıq şəkildə götürüb və əmlaka faktiki sahib olmaq məqsədilə hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsin nənəsinə 50 manat məbləğində maddi ziyan vurulub.

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Davud Nəbiyev 2 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Maqsud Əsədova da ittihamedici hökm çıxarılıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər