BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda yüksək vəzifəyə təyinat

Naxçıvan Muxtar Respublikada yeganə özəl universitet olan "Naxçıvan" Universitetinə yeni rektor təyin edilib.


Pravda.az-ın məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.


Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.


Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışmış A.Kazımov bu gün kollektivə təqdim edilib.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.


Məlumatı universitetin Mətbuat xidməti "Report"a təsdiqləyib.


Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Report 

Tarix: 2 Fevral 2023, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin