Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirilib.
Pravda.az xəbər verir ki, tədbir öncəsi Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi və rayon rəsmiləri Ümummilli lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan heykəlini ziyarət edib, önünüə gül dəstələri düzüblər.
“Masallı Gənclər Evi”-ndə baş tutan tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi müxtəlif illərdə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının tərənnümü, ulu öndərin irsinin təbliğ olunmasıdır.
Tədbir ümummilli lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov tədbir iştirakçılarını salamladıqdan sonra “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.















