Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımızı hörmətlə anırıq.
Azərbaycan XİN Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşım etdi
Pravda.az xəbər verir ki, bu, Azərbaycanının Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşımında qeyd olunub.
"Qardaş Türkiyənin İstiqlal müharibəsi tarixində əsas rola malik, qəhrəmanlıq dastanı Çanaqqala zəfərindən 108 il ötür. Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçən qardaş bacılarımızı minnətdarlıq və hörmətlə anırıq", - paylaşımda qeyd olunur.