BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhidin əmisini qətlə yetirən şəxsdən xəbər var

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.

 

Qeyd: Ötən il dekabrın 12-də saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub. 

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. 

 

Məlumata görə, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.

 

Mahir Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq"da işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş.

 

Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. Mahir Allahverdiyev hadisə yerində vəfat edib.

 

Mərhum Mahir Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ Müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

 

Xatırlatma: qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.

Tarix: 23 May 2023, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin