BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı

“Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi. Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi keçdi. Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək. Gözün aydın olsun Türkiyəm!”

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Bu seçkini Türkiyə qədər Azərbaycanda həyəcanla izləyirdi. Bu seçkidə təkcə Türkiyə deyil, Azərbaycan da qazandı. Bu gündən sonra əlaqələrimiz hər iki ölkə liderinin güclü səyləri nəticəsində daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq! Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı! Dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır!” – deputat əlavə edib.

Tarix: 28 May 2023, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin