Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.
Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.