Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Dəyirmanda 2 nəfər qazdan zəhərlənərək öldü

738
Paylaş:
Dəyirmanda 2 nəfər qazdan zəhərlənərək öldü

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

Pravda.az xəbər verir ki, u barədə rayon prokurorluğundan məlumat verilib.

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər