"Haqq, ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Allah da gec-tec cavab verir. Bütün hallarda bu həyatda yaxşılığın da, pisliyin də bir cavabı var. Bu hələ "Space TV" rəhbərliyinin mənə qarşı etdiyi ədalətsizlikdə ilk qələbəmdir. Davamı olacaq".
Pravda.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zamirə Dadaşova bildirib. "Space TV"nin rəhbərliyi ilə mübahisə yaşayan aparıcı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini vurğulayıb. Zamirə bildirib ki, məsələyə baxıldıqdan sonra onun haqlı olduğu təsdiqlənib: