Metroda siqaret çəkən şəxs saxlanıldı. Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Metroda siqaret çəkən şəxs saxlanıldı
O qeyd edib ki, şəxs müəyyən olunaraq saxlanılıb və hazırda araşdırma aparılır. Barəsində qanunamüvafiq tədbir görüləcək.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə metronun vaqonunda siqaret çəkən şəxsin görüntüləri yayılıb.