Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.