"Gündəmlə ayaqlaşmaq üçün istedad lazımdır”. Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Rövşən Binəqədli senyabrın 20-də Qarabağda lokal antiterror tədbirlərinin aparıldığı zamanda sosial şəbəkələrdə yayılan "Yevlaxa gələrsiniz” adlı ifasından danışarkən deyib.
Meyxanaçı həmin vaxt Ağdamda olduğunu bildirib:
"Gəldim Bakıya, dostum müəllim mənə müraciət etdi ki, təxminən belə bir ifa lazımıdr, edə bilərsən? Dedim çalışaram, başladım deməyə, bir qafiyə deyən kimi, ardı özü gəldi, baxdım ki, əla alınıb”.