“Azərbaycan futbolu üçün önəmli oyunlardan biri oldu. Hər kəsi təbrik edirəm”. “Qafqazinfo” xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
O, Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində İsveçə 3:0 qalib gəldiyi oyundan sonra danışıb. R.Abdullayev həmçinin baş məşqçi Canni De Byazinin vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala da cavab verib:
“Bu artıq dönüşdü. Çempionat da maraqlı keçir. De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsini verincə, gəlin motivasiya edək Belçikada da qələbə qazansın”.