Bir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər” verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb” sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.
Pravda.az xəbər verir ki, Lökbatanlının bu ifadələri ilə bağlı AZXEBER.COM-a açıqlama verən Vüqar Əbdülov həmkarına haqq qazandırıb.
"Bu fikirnən mən də razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtılə Orxanın meyxana dediyi, sağında solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki, üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan aralanıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da bilirsiniz həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, mən Orxanı başa düşürəm. Rəhmətlik məştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim” ”.