Bakıda fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.
Belə ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 7B ünvanında yerləşən çoxmərtəbəli binanın inşası zamanı yaxınlıqdakı evin divarlarında iri çatlar yaranıb.
Şikayətçi Sevinc Həsənovanın sözlərinə görə, hadisə binanın bünövrəsi atılarkən silkələnmə səbəbindən baş verib.