Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.
Xidmətdən verilən məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.