Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən təqsirləndirilən Vahid Xələfov ona bəraət verilməsini istəyib.
Daha sonra hökm elan olunub. Hökmə əsasən, Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Vahid Xələfovun 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.