Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov kütləvi ixtisarlara başlayır.
Reportyor.info-ya daxil olan məlumata görə, bu günlərdə Agentliyinin tabeliyinə verilən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yüzlələrlə əməkdaşına bildiriş gəlib.
İddia olunur ki, bildiriş ixtisarlarla bağlıdır. “Azərsu” ASC-nin mərkəzi ofisində 456 nəfərin çalışdığı bildirilir. Zaur Mikayılov bu sayı 156-yə endirmək niyyətindədir.
Beələliklə, su təsərrüfatı sahəsində yeni ştat cədvəli hazırlanır ki, yüzlərlə işçinin bu cədvəldən kənarda qalacağı iddia olunur.
Zaur Mikayılovun bununla kifayətlənməyərək maaşlara da “əl gəzdirdiyi” bildirilir. Məlumata görə, o, əmək haqlarının yarıbayarı azaltmağı düşünür.